Lənkəranda 43 yaşlı kişini bıçaqlayan şəxs tutulub.
Azmedia.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan milli.az-a bildirilib ki, şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı Lənkəran rayon sakini Şahin Əsgərova kəsilmiş-deşilmiş xəsarət yetirən 30 yaşlı Anar Dadaşzadə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Məqaləyə dair fotomateriallar: