Leyla Abdullayeva etimadnaməsini Makrona təqdim etdi

SİYASƏT

14 Yanvar 2023 13:59

Oxunma sayi: 272
Leyla Abdullayeva etimadnaməsini Makrona təqdim etdi

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib.

Azmedia.Az xəbər verir ki, Fransa Prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Fransanın Azərbaycana dost ölkə olduğunu bildirən E.Makron deyib ki, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağındadır.

Səfir Leyla Abdullayeva Azərbaycanın bölgədə sülhün bərqərar edilməsində ən maraqlı ölkə olduğunu və sülh gündəliyini təşviq etdiyini bildirib. Bu gündəliyin dəstəklənməsinin vacibliyinə toxunub.

Görüşdə Azərbaycanla Fransa arasındakı münasibətlər və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!