Livan parlamenti 12 ci dəfə dövlət başçısını seçə bilmədi

SİYASƏT

14 İyun 2023 20:42

Oxunma sayi: 399
Livan parlamenti 12   ci dəfə dövlət başçısını seçə bilmədi

Livanın birpalatalı parlamentinin deputatları çərşənbə günü 12-ci dəfə respublika prezidentini seçə bilməyiblər.

Bildirilir ki, 2005-2008-ci illərdə maliyyə naziri olmuş Cihad Azur və xristian “Əl-Marada” partiyasının lideri, keçmiş daxili işlər naziri Süleyman Toni Franje birinci turda lazımi sayda səs toplaya bilməyiblər.

Məlumata görə, 128 deputatdan 59-u Azura, 51-i Franjeyə səs verib. Birinci turda qalib gəlmək üçün namizəd səslərin üçdəikisini (86), ikinci turda isə sadə səs çoxluğunu (65) toplamalıdır.

Livanda ən yüksək hökumət postu 31 oktyabr 2022-ci ildən - general Mişel Aun altıillik səlahiyyət müddətinin sonunda prezident sarayını tərk etməsindən bəri boşdur.

Mənbə: Əl Hadath

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!