Lukaşenko Putinlə qazın sabit qiymətini razılaşdırıb

SİYASƏT

19 Dekabr 2022 22:32

Oxunma sayi: 394
Lukaşenko Putinlə qazın sabit qiymətini razılaşdırıb

Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinlə danışıqlardan sonra Rusiya ilə 2023-cü ildə qazın sabit qiyməti barədə razılığa gəldiyini bildirib.

“Gələn il üçün Rusiya qazının qiyməti sabitdir və Belarus üçün sərfəlidir”, - deyə Lukaşenko bildirib.

O əlavə edib ki, danışıqlarda vahid qaz bazarı konsepsiyası və növbəti üç il üçün qiymətlər müzakirə olunub.

Lukaşenkonun sözlərinə görə, o, ümumilikdə müzakirənin nəticələrindən razı qalıb.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!