Makron Çinə Rusiya və Ukrayna arasında sülh planı təklif edəcək

SİYASƏT

19 Aprel 2023 21:32

Oxunma sayi: 522
Makron Çinə Rusiya və Ukrayna arasında sülh planı təklif edəcək

Fransa prezidenti Emmanuel Makron Rusiya və Ukrayna arasında danışıqları asanlaşdıra biləcək planla Çinə yaxınlaşmaq niyyətindədir, Bloomberg belə planlarla tanış olan mənbələrə istinadən yazır.

Makron artıq xarici siyasət üzrə müşaviri Emmanuel Bonna Çinin baş diplomatı Wang Yi ilə Moskva və Kiyev arasında gələcək danışıqlar üçün əsas ola biləcək çərçivə proqramı hazırlamağı tapşırıb.

Makronun strategiyası hər şeyin plana uyğun getdiyi təqdirdə Rusiya və Ukrayna arasında danışıqların hələ bu ilin yayında baş tutacağını nəzərdə tutur.

Fransanın xarici işlər naziri Ketrin Kolonna da aprelin 16-da bildirib ki, beynəlxalq ictimaiyyət Ukrayna münaqişəsi üzrə sülh danışıqlarına qayıtmaq üçün bütün şərtləri yaratmalıdır.

mənbə:lenta.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!