Makron Fransada sosial şəbəkələrin bağlanacağını istisna etməyib

SİYASƏT

05 İyul 2023 12:16

Oxunma sayi: 479
Makron Fransada sosial şəbəkələrin bağlanacağını istisna etməyib

Fransa prezidenti Emmanuel Makron iğtişaşlardan zərər çəkmiş kommunaların merləri ilə Yelisey sarayında keçirdiyi görüşdə gələcəkdə böhranlı vəziyyətlərdə Fransada sosial şəbəkələrin bağlanmasının mümkünlüyünü istisna etmədiyini deyib.

“Biz gənclərin sosial şəbəkələrdən istifadəsini təhlil edib, tətbiq edilməli olan qadağalar barədə düşünməliyik. Böhran vəziyyəti yarananda onu tənzimləmək və ya söndürməyi bacarmaq lazımdır. Sosial media qanunsuz toplantılar və ya sui-qəsd cəhdləri üçün istifadə edilirsə, müzakirə ediləcək çox şey var!”, - deyə Makron bildirib.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!