Malatyada axtarış xilasetmə işləri davam edir

SİYASƏT

13 Fevral 2023 12:27

Oxunma sayi: 1694
Malatyada axtarış   xilasetmə işləri davam edir

Türkiyənin zəlzələdən ziyan çəkən Malatya şəhərində axtarış-xilasetmə işləri davam etdirilir.

Azmedia.Az xəbər verir ki, “əsrin fəlakəti” adlandırılan dəhşətli zəlzələdən 7 gün keçməsinə baxmayaraq, dağıntılar altında sağ qalanların olduğu ehtimal edilir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumata əsasən, zəlzələdə həlak olanların sayı 29 605 nəfərə çatıb.

PhotoStock.az-ın axtarış-xilasetmə işlərindən fotoreportajını təqdim edirik:

 
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!