Mariya Zaxarova : “Moskva istənilən qarşılıqlı faydalı dialoqlara açıqdır“

SİYASƏT

08 Noyabr 2022 13:15

Oxunma sayi: 450
Mariya Zaxarova :  “Moskva istənilən qarşılıqlı faydalı dialoqlara açıqdır“

Rusiya və ABŞ daha çox əhəmiyyət kəsb edən sahələrdə dəqiq təmasda olmağa davam edir.

Azmedia.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova : "Mən həmişə dediyimizi deyəcəyəm, gəlin bunu Amerika Birləşmiş Ştatları ilə onların aparılmasını zəruri edən məsələlərdə "dəqiq əlaqələr" adlandıraq" - deyə canlı efirində bildirib.

Onun sözlərinə görə, Moskva istənilən qarşılıqlı faydalı dialoqlara açıqdır. O, həmçinin qeyd edib ki, idarə və strukturlar arasında əlaqələrin qorunub saxlanmasına baxmayaraq, bunun tam hüquqlu münasibətlər anlayışı ilə heç bir əlaqəsi yoxdur.

Zaxarova əlavə edib ki, ABŞ Kremlin mövqeyindən xəbərdardır. Bundan əlavə, o, bəyan edib ki, Vaşinqton məhbusların mübadiləsində əməkdaşlıq etmək istəyini nümayiş etdirmir.

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!