Medvedçukun təyyarəsi və helikopteri ehtiyaclarının ödənilməsi üçün hərbçilərə verildi FOTO

SİYASƏT

07 İyul 2022 09:37

Oxunma sayi: 172
Medvedçukun təyyarəsi və helikopteri ehtiyaclarının ödənilməsi üçün hərbçilərə verildi   FOTO

Hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna Silahlı Qüvvələrinə ehtiyaclarının ödənilməsi üçün dövlətə xəyanətdə şübhəli bilinən deputat Viktor Medvedçukun ailəsinə məxsus helikopter və təyyarə bağışlayıblar.

Bu barədə Baş Prokurorluq Ofisinin mətbuat xidməti və Milli Polisin Strateji Araşdırmalar Departamentindən məlumat verilib.

“Məhkəmə Baş Prokurorluğun tələbi ilə dövlətə xəyanətdə şübhəli bilinən Ukrayna xalq deputatının ailəsinin istifadəsində olan vertolyot və təyyarəyə həbs qoyub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin əmlakı müsadirə edərək Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə veriblər”, - deyə məlumatda bildirilir.

 

     

Mənbə: Ukrainskaya pravda

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!