Medvedev Polşa ilə diplomatik münasibətləri dayandırmağı təklif edib

SİYASƏT

29 Aprel 2023 21:06

Oxunma sayi: 476
Medvedev Polşa ilə diplomatik münasibətləri dayandırmağı təklif edib

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib ki, ölkədə rusofobların rəhbərlik etdiyi bir vaxtda Rusiya Polşa ilə diplomatik əlaqələr saxlamamalıdır.

Belə bir təkliflə o,Twitter hesabında çıxış edib.

“Mən Polşa ilə diplomatik münasibətləri davam etdirməyin mənasını görmürəm. Nə qədər ki, hakimiyyətdə rusofoblardan başqa heç kim yoxdur, Ukrayna isə üfunətli siçovullar kimi amansızcasına məhv edilməli olan polşalı muzdlularla doludur, bu dövlət bizim üçün mövcud olmamalıdır”, - deyə Medvedev açıqlamasında bildirib.

mənbə:lenta.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!