Mehriban Əliyeva akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib FOTO

SİYASƏT

15 Fevral 2023 14:28

Oxunma sayi: 1285
Mehriban Əliyeva akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib   FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib. 

Bu barədə M.Əliyeva “Instagram” hesabında paylaşım edib. 

Paylaşımda deyilir: 

“Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhval-ruhiyyə arzulayıram! Sən gözəl ata və qayğıkeş babasan! Sənə sevgimiz sonsuzdur! Ömrün uzun olsun! Uca Allah bütün valideynləri qorusun!”

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!