Mehriban Əliyevanın tapşırığı ilə Türkiyədə zəlzələdə ölmüş azərbaycanlıların ailələrinə yardım göstərilir

SİYASƏT

24 Fevral 2023 15:36

Oxunma sayi: 980
Mehriban Əliyevanın tapşırığı ilə Türkiyədə zəlzələdə ölmüş azərbaycanlıların ailələrinə yardım göstərilir

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan azərbaycanlıların ailələrinə maddi yardım göstərilir.

Azmedia.Az  xəbər verir ki, çoxsaylı insan ölümünə səbəb olmuş faciə nəticəsində Adıyaman, Kahramanmaraş və Malatyada həlak olanlar arasında azərbaycanlılar da var idi.

Həlak olmuş soydaşlarımızın ailələrinə dəstək məqsədi ilə hazırda Heydər Əliyev Fondu tərəfindən 10 min AZN məbləğində maddi yardım verilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!