Məşhur teleaparıcı prezidentliyə namizəd olmaq qərarına gəlib

SİYASƏT

21 Aprel 2023 12:41

Oxunma sayi: 559
Məşhur teleaparıcı prezidentliyə namizəd olmaq qərarına gəlib

Kaliforniyalı Larri Elder cümə axşamı 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olmaq niyyətində olduğunu açıqladı.

“Amerika tənəzzüldədir, lakin bu tənəzzülün qarşısını almaq olar” -deyən jurnalist əlavə edib ki, biz “Amerikanın qızıl dövrünə” qədəm qoya bilərik, lakin oraya rəhbərlik etmək üçün lider seçilməlidir. Bununla bağlı aparıcı öz namizədliyini irəli sürüb.

Bu barədə o, Twitter-də yazıb. Elder ABŞ Respublikaçılar Partiyasının tərəfdarıdır və əvvəllər Kaliforniya qubernatorluğuna namizəd olmaqda özünü sınasa da, bu cəhd uğursuz alınıb.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2022-ci ilin noyabrında namizədliyini elan edib. ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli də Respublikaçılardan ABŞ prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!