Mikayıl Cabbarov: “Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında yeni zavod tikiləcək” FOTO

SİYASƏT

04 Noyabr 2022 15:20

Oxunma sayi: 700
Mikayıl Cabbarov: “Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında yeni zavod tikiləcək”   FOTO

“Prestij-Kimya” MMC-yə yeni statuslar verilib.

Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” səhifəsində paylaşım edib.

“Prestij-Kimya” MMC-yə Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının rezidenti statusu verilib. Yeni rezident dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalını həyata keçirəcək zavod inşa edəcək. İnvestisiya dəyəri 4,8 mln. manat olan müəssisədə 157 nəfər daimi işlə təmin ediləcək”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!