Milli Assambleyanın üzvü: “Fransa çox zəifləyib və təsirini qorumağa çalışır”

SİYASƏT

06 İyul 2023 14:54

Oxunma sayi: 452
Milli Assambleyanın üzvü: “Fransa çox zəifləyib və təsirini qorumağa çalışır”

“Fransa çox zəifləyib və təsirini qorumağa çalışır”.

Bunu Fransa Respublikası (Fransız Qvianası) Milli Assambleyasının deputatı Jan-Viktor Kastor “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirin yekunlarına həsr olunmuş mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib.

O qeyd edib ki, Fransa hazırda siyasi, iqtisadi və bir sıra digər aspektlər üzrə çox zəifləyir və digər ölkələrdə, o cümlədən müstəmləkələrində təsirini tamamilə itirir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!