Milli Məclisin iki üzvü ordenlə təltif edildi

SİYASƏT

11 Aprel 2023 14:30

Oxunma sayi: 1890
Milli Məclisin iki üzvü ordenlə təltif edildi

Milli Məclisin deputatları Aqil Abbas və Novruzəli Aslanov ordenlə təltif olunublar.

President.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara görə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) və Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilirlər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!