Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır SİYAHI

SİYASƏT

30 Noyabr 2022 05:00

Oxunma sayi: 502
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır   SİYAHI

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır.

Xəbərə görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ötən gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan-Banqladeş, Azərbaycan-Burundi, Azərbaycan-Efiopiya, Azərbaycan-Honduras, Azərbaycan-Kamerun, Azərbaycan-Qvatemela, Azərbaycan-Livan, Azərbaycan-Nepal, Azərbaycan-Nigeriya, Azərbaycan-Panama, Azərbaycan-Sudan və Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq.

Sənəd layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!