Mingəçevir də Türkiyə üçün bir oldu FOTO

SİYASƏT

08 Fevral 2023 13:46

Oxunma sayi: 549
Mingəçevir də Türkiyə üçün bir oldu   FOTO

Mingəçevirdə qardaş Türkiyə Cumhuriyyətində zəlzələdən əziyyət çəkən insanlara yardım çağırışlarına, şəhər sakinləri hamılıqla dəstək verir.

 Azmedia.Az-ın bölgə bürosunun məlumatına görə, səhər saatlarından etibarən start götürən yardım kompaniyasına ilk anlardan etibarən yüzlərlə Mingəçevirli gücü çatan imkanlarla dəstək verməyə axışır.

Şəhərin müxtəlif istiqamətlərində könüllü şəkildə başlayan aksiyada müharibə veteranları, şəhid ailələri, gənclər, yaşlı insanlar və digər sadə vətəndaşlar yüksək fəallıq göstərir. İsti geyimlər, yataq dəstləri, zəruri ərzaq vasitələri ilə toplantı nöqtələrinə yetişən vətənpərvər insanlar bir ağızdan "Qardaşlarımızın acısı bizim acımızdır" -deyir.

Belə aksiya mərkəzlərindən birinə koordinasiya edən ictimai dəstək qrupu nümayəndəsi Ehtiram Sadıqzadə,  Azmedia.Az-ın bölgə bürosuna açıqlama verərək şəhərin müxtəlif nöqtələrində gerçəkləşən aksiyaları vahid mərkəzdən idarə olunmasının tərəfdarı olduqlarını bildirir. Onun sözlərinə görə sakinlərin canyananlığı və qardaşlıq həmrəyliyi hər kəsə qürurverici duyğular nəsib edir:

"İlk saatların nəticələri ürəkaçandır. Bu gün birinci yardım karvanını paytaxta yola salmaq fikrindəyik. Ordan isə təbii ki, qardaş ölkədə yardıma ehtiyacı olan insanlara çatdırılacaq".

Söhbət əsasında o da məlum oldu ki, ən çox yataq, geyim dəstləri və ərzaq məhsulları gətirilir. Arzu olunan haldır ki, məişətdə istifadə olunan əşyalar da yardım paketləri arasında yer alsın.

 

Ehtiram Muradov

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!