Misir Prezidenti Azərbaycana səfərə gəldi FOTO

SİYASƏT

27 Yanvar 2023 16:35

Oxunma sayi: 605
Misir Prezidenti Azərbaycana səfərə gəldi   FOTO

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Misirin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!