Moskva Azərbaycan Türkiyə hərbi ittifaqından NİYƏ BU QƏDƏR NARAHATDIR?

SİYASƏT

29 Dekabr 2022 18:31

Oxunma sayi: 665
Moskva Azərbaycan   Türkiyə hərbi ittifaqından  NİYƏ BU QƏDƏR NARAHATDIR?

"Türkiyənin regiona daxil olması Rusiyanı qıcıqlandırırdı, amma bu vaxta qədər bunu büruzə vermirdi. Ona görə ki, Moskva bunu özü üçün təhdid hesab etmirdi və düşünürdü ki, müəyyən səviyyədə dayanacaq".

Bunu açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib.

O bildirib ki, Rusiyanın Şərqi Avropadakı müharibə nəticəsində zəifləməsi onun qorxularını daha çox artırır:

"Son bir ildə Türkiyə ilə Azərbaycan arasında hərbi strateji əməkdaşlıq mənasında çox böyük irəliləyişlər var. Azərbaycan Ordusunun NATO standartlarına çatdırılması qarşıda dayanan məqsədlərdən biridir. 2025-ci ilə kimi Azərbaycan Ordusunda buna nail olmaq məsələsi gündəmdədir. 

Son dövrlər hərbi əməkdaşlığımız daha da intensivləşib. Buna misal olaraq son bir ildə iki ölkə hərbiçilərinin iştirakı keçirilən hərbi təlimləri misal göstərmək olar. Ukrayna ilə müharibə nəticəsində Rusiyanın zəifləməsi artıq Türkiyəni də özünə təhlükə hesab etməsinə səbəb olur. 

Eyni zamanda Rusiya artıq başa düşür ki, bu, NATO-nun Ukraynada, Gürcüstanda, o cümlədən Moldovada Şərqə doğru irəliləməsinə qarşı mübarizə apardığı halda NATO-nun ən böyük ordusu olan Türkiyə SQ artıq Azərbaycandadır və ona münasibətən heç bir iş görmək, hansısa bir qarşı addım atmaq hazırki vəziyyətdə əlindən gəlmir. 

Bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib.

O bildirib ki, Rusiyanın Şərqi Avropadakı müharibə nəticəsində zəifləməsi onun qorxularını daha çox artırır:

"Son bir ildə Türkiyə ilə Azərbaycan arasında hərbi strateji əməkdaşlıq mənasında çox böyük irəliləyişlər var. Azərbaycan Ordusunun NATO standartlarına çatdırılması qarşıda dayanan məqsədlərdən biridir. 2025-ci ilə kimi Azərbaycan Ordusunda buna nail olmaq məsələsi gündəmdədir. 

Son dövrlər hərbi əməkdaşlığımız daha da intensivləşib. Buna misal olaraq son bir ildə iki ölkə hərbiçilərinin iştirakı keçirilən hərbi təlimləri misal göstərmək olar. Ukrayna ilə müharibə nəticəsində Rusiyanın zəifləməsi artıq Türkiyəni də özünə təhlükə hesab etməsinə səbəb olur. 

Eyni zamanda Rusiya artıq başa düşür ki, bu, NATO-nun Ukraynada, Gürcüstanda, o cümlədən Moldovada Şərqə doğru irəliləməsinə qarşı mübarizə apardığı halda NATO-nun ən böyük ordusu olan Türkiyə SQ artıq Azərbaycandadır və ona münasibətən heç bir iş görmək, hansısa bir qarşı addım atmaq hazırki vəziyyətdə əlindən gəlmir. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!