Moskva Makronun BRİKS sammitində iştirakına qarşı çıxıb

SİYASƏT

22 İyun 2023 12:05

Oxunma sayi: 414
Moskva Makronun BRİKS sammitində iştirakına qarşı çıxıb

Moskva hesab edir ki, Fransa prezidenti Emmanuel Makronun Cənubi Afrikadakı BRİKS sammitinə səfəri yersiz olacaq, bu mövqe ev sahibi ölkənin diqqətinə çatdırılıb.

Bu barədə cümə axşamı, iyunun 22-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

O qeyd edib ki, Rusiyaya qarşı düşmən və qəbuledilməz siyasət yürüdən, Moskvanı strateji məğlubiyyətə uğratmaqda ümumNATO xəttini bölüşən dövlətin lideri BRİKS-də yersiz qonaq olacaq.

“Biz bu yanaşmamızı gizlətmirik, bu barədə Cənubi Afrikadan olan həmkarlarımıza məlumat vermişik və ümid edirik ki, bizim nöqteyi-nəzərimiz tam nəzərə alınacaq”, - deyə Ryabkov bildirib.

Daha əvvəl məlum olub ki, Makron cənubi afrikalı həmkarı Siril Ramafosa müraciət edərək ondan BRİKS sammitinə gəlmək üçün icazə istəyib.

Tədbir avqust ayında baş tutacaq. BRİKS-ə Braziliya, Çin, Cənubi Afrika, Hindistan və Rusiya daxildir.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!