Moskvada Bakı İrəvan danışıqları: Rusiyanın vasitəçiliyi ilə nəyə nail olundu?

SİYASƏT

20 May 2023 12:30

Oxunma sayi: 2360
Moskvada Bakı   İrəvan danışıqları:  Rusiyanın vasitəçiliyi ilə nəyə nail olundu?

Rusiyanın Xarici İşlər Nazirliyinin Qəbul Evi növbəti dəfə Bakı-İrəvan danışıqlarına ev sahibliyi edib.

İTV-nin hazırladığı süjetdə qeyd edilir ki, Morozovların malikanəsi adlanan və XIX əsrə aid bu tarixi bina Azərbaycanın qələbəsi ilə bitən İkinci Qarabağ müharibəsindən sonra iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinə şahidlik edir.

Üçtərəfli və ikitərəfli danışıqlardan öncə Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə ikitərəfli görüşlər keçirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!