Moskvada Türkiyə, Rusiya, Suriya və İran müdafiə nazirlərinin sammiti keçiriləcək

SİYASƏT

24 Aprel 2023 11:44

Oxunma sayi: 647
Moskvada Türkiyə, Rusiya, Suriya və İran müdafiə nazirlərinin sammiti keçiriləcək

"Türkiyə, Rusiya, Suriya və İranın müdafiə nazirləri çərşənbə axşamı Moskvada görüşəcək" - bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Xatırladaq ki, dekabr ayında Rusiya Türkiyə və Suriya müdafiə nazirləri arasında son 11 ildə ilk danışıqlara ev sahibliyi etmişdi.

Suriya 2011-ci ildən vətəndaş müharibəsindədir. Əvvəllər Dəməşqlə yaxın münasibətlər saxlayan Türkiyə ,Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarını dəstəkləyib.

Hazırda Türkiyənin Suriya ilə münasibətləri gərginləşib. 

Bundan əlavə, Ankara ilə Dəməşq arasındakı fikir ayrılıqlarının aradan qaldırılması üçün Rusiya Federasiyası, Suriya və Türkiyə xarici işlər nazirləri arasında görüş nəzərdə tutulub.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!