NATO nun bir il vaxtı qalır

SİYASƏT

05 İyul 2023 15:16

Oxunma sayi: 569
NATO   nun bir il vaxtı qalır

“Şimali Atlantika Alyansının Ukraynanı öz klubuna qəbul etməsi üçün cəmi bir ili qalıb”.

Bu barədə “Times”da dərc olunan məqalədə bildirilir.

Nəşrdə qeyd olunur ki, bu müddət ərzində Ukraynanın alyansa qəbul edilməsi təkcə NATO-nun 2024-cü ildə 75 illik yubileyini təmtəraqla qeyd etməyi planlaşdırması ilə əlaqəli deyil.

“Gələn il Donald Tramp Ağ Evə qayıda bilər. Ona görə də NATO-nun Ukraynanı qəbul etmək üçün cəmi bir il vaxtı var. Çünki Tramp seçilərsə, Kiyev artıq Qərbin indiki yüksək səviyyədə hərbi yardımına arxalana bilməyəcək”, - deyə Boyes əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!