NATO ölkələri hərbi xərclərini 350 milyard dollar artırıb

SİYASƏT

21 Noyabr 2022 15:46

Oxunma sayi: 356
NATO ölkələri hərbi xərclərini 350 milyard dollar artırıb

Azmedia.Az Mk.Ru-ya istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Madriddə Alyansın Parlament Assambleyasının iclasında çıxışı zamanı təşkilatın mətbuat xidməti tərəfindən yayımlanaraq, NATO üzvlərinin 2014-cü illə müqayisədə hərbi xərcləri 350 milyard dollar artırdığını bildirib.

Stoltenberq vurğulayıb ki, 2022-ci il NATO-nun müdafiə xərclərini artırdığı səkkizinci il olacaq. Onun sözlərinə görə, Alyansın müdafiəyə xərclədiyi əlavə məbləğ bu ilin sonuna kimi 350 milyard dollara çatacaq.

NATO-nun baş katibi əlavə edib ki, NATO üzvü olan ölkələr müdafiə xərclərini artırmağa davam etməlidir. O əlavə edib ki, ÜDM-in 2%-nin müdafiəyə ayrılması yuxarı həddə deyil, minimum hesab edilməlidir.  

 

Əliyeva Ülkər

Azmedia.Az

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!