Naxçıvan Prokurorluğunda YENİ TƏYİNAT

SİYASƏT

24 Fevral 2023 11:55

Oxunma sayi: 1298
Naxçıvan Prokurorluğunda YENİ TƏYİNAT

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub.

Azmedia.Az  xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Elşad Ağayevin öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Baş prokurorun digər əmrlərinə əsasən, Naxçıvan şəhər prokurorunun müavini Zahir Həsənov vəzifəsindən azad olunaraq Şərur rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinə, Şərur rayon prokurorunun müavini Anar Həsənov Naxçıvan şəhər prokurorunun müavini vəzifəsinə, Şərur rayon prokurorunun böyük köməkçisi Ramiz Novruzov isə həmin rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!