Nazir: “Azərbaycan və Rusiya arasında ticarət əlaqələri artır”

SİYASƏT

07 Mart 2024 16:00

Oxunma sayi: 214
Nazir: “Azərbaycan və Rusiya arasında ticarət əlaqələri artır”

“Bakıda Rusiyanın iqtisadiyyat naziri Maksim Reşetnikovla aparılan danışıqlar Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın inkişafına töhfə verib”.

Azmedia.Az xəbər verir ki, bunu Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Maksim Reşetnikov ilə görüşün nəticələrinə görə keçirilən brifinq zamanı bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığının artımı qeydə alınır, bu da birgə əməyin nəticəsidir.

Belə ki, nazirin sözlərinə görə, 2023-cü ilin nəticələrinə görə ölkələr arasında ticarət dövriyyəsi 17% artıb.

“Biz inanırıq ki, həmkarımın səfəri gələcək iqtisadi əlaqələrimizin genişləndirilməsi üçün çox faydalı olacaq”, - Mikayıl Cabbarov qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!