Nazir Naxçıvandakı islahatlardan DANIŞDI

SİYASƏT

05 Dekabr 2022 13:30

Oxunma sayi: 473
Nazir Naxçıvandakı islahatlardan  DANIŞDI

“Naxçıvanda aparılan islahatlar nəticəsində dövlət büdcəsinə daxil olan vəsaitin artması ilə bağlı gözləntilər var”.

Məlumata görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi deyib.

“Əvvəlcədən nəsə demək düzgün olmaz. Bununla bağlı daha ətraflı məlumat veriləcək”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, noyabrın 28-də Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edilərək Baş İdarə yaradılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!