Neftçalada İranın casus şəbəkəsinə qarşı əməliyyat: Saxlanılanlar var FOTO

SİYASƏT

01 Fevral 2023 11:18

Oxunma sayi: 873
Neftçalada İranın casus şəbəkəsinə qarşı əməliyyat:  Saxlanılanlar var   FOTO

Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar davam edir.

Azmedia.Az  xəbər verir ki, bununla bağlı dünən Neftçala rayonunda da əməliyyat keçirilib.

Rayon polis əməkdaşları Xəyyam, Ramil və Rəhman adlı şəxsləri saxlayıb. Məlumata görə, Xəyyam bərbərliklə, digər iki şəxs isə xırda ticarətlə məşğul olublar.

Onların bu gün hakim qarşısına çıxarılacağı gözlənilir.

Qeyd edək ki, dünən İranın casus şəbəkəsinə qarşı DİN tərəfindən keçirilən əməliyyatlarda yeddi nəfər saxlanılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!