Netanyahudan cavab hücumu planlayan İrana XƏBƏRDARLIQ

DÜNYA

28 Sentyabr 2024 13:00

Oxunma sayi: 140
Netanyahudan cavab hücumu planlayan İrana  XƏBƏRDARLIQ

"İsrail İran tərəfindən bombalanacağı təqdirdə bu ölkəyə hücum edəcək".

Azmedia.Az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi siyasi müzakirələr zamanı deyib.

"Əgər bizə hücum etsəniz, biz də sizə hücum edəcəyik", - Netanyahu İran rəhbərliyinə müraciətində bildirib.

O əlavə edib ki, bütün Yaxın Şərqdə olduğu kimi, İranda da elə bir yer yoxdur ki, İsrailin ora əli çatmasın.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!