DSX-nın Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin cənub hissəsində İrandan şimal istiqamətinə hərəkət edən naməlum üzmə vasitəsini aşkarlayıb.
Azmedia.Az xəbər verir ki, üzmə vasitəsinin göyərtəsində olan naməlum şəxs dənizə bir əşya atıb.
Azərbaycana ərazisinə keçməyə cəhd göstərən İran vətəndaşı, 1995-ci il təvəllüdlü Bəhnam Bəndə Muhamməd saxlanılıb.
Onun dənizə atdığı 2098 qutu “Manchester Nano Black” markalı siqaret aşkar olunaraq götürülüb.