Səudiyyə Ərəbistanında Sevgililər günü – Şeyxdən şok fətva

Oxunma sayı: 959
Maraqlı       14 Fevral 2020, 10:33
Səudiyyə Ərəbistanında Sevgililər günü     – Şeyxdən şok fətva

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

2019-cu ildən bəri Səudiyyə Ərəbistanında Sevgililər günü ilə əlaqədar dəyişiklik küləkləri əsir. 2008-ci ildə bir bir fətva ilə qadağan olunan Sevgililər günü haqda qanunların yumşaldılması üçün addımların atılmasına başlanıldı.

 

Azmedia.az  xəbər verir ki, ölkə miqyasında yenidən Sevgililər günü ilə əlaqədar hədiyyələrin satışı təşkil edilir.

 

Güllər, oyuncaqlar, suvenirlər və müxtəlif hədiyyələr yenidən vitrinlərdə öz yerlərini alıb.

 

2008-ci ildə Əxlaq polisinin fətvası ilə Səudiyyə Ərəbistanında Sevgililər günü qadağan olunmuşdu. Restoranlar bu günü bəlli edə biləcək bəzək əşyalarından istifadə etməməsi barədə xəbərdar edildi. Məktəblərdə müəllimlər və şagirdlərin o gün qırmızı rəngli paltar geyinməsi qadağan olundu.

 

Səudiyyədə bu qadağaların qaldırılmasının ilk açıqlamasını ölkənin əhəmiyyətli dini fiqurlarından sayılan Şeyx Əhməd Qasım əl-Həmdi verib. Şeyx bu günün dini gün və “Quran”a qarşı olmadığını deyib.

 

Əl-Həmdi şahzadə Məhəmməd bin Salmana yaxşın şəxslərdən biridir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar