ÜST açıqladı: Dünya əhalisinin üçdə ikisinin həyatı təhlükədədir

Oxunma sayı: 874
Dünya       14 Fevral 2020, 11:21
ÜST açıqladı:     Dünya əhalisinin üçdə ikisinin həyatı təhlükədədir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dünya əhalisinin üçdə ikisi “COVID-19” koronavirusuna yoluxa bilər.

 

Azmedia.az-ın  məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müşaviri, biostatist və epidemioloq Ayra Loncini bəyan edib.

 

Ekspert Çində infeksiyanın yayılma dinamikasını izləyib. O, belə qərara gəlib ki, Çin hökuməti karantin elan edənə qədər virus artıq ölkə sərhədindən kənara çıxmışdı.

 

Loncininin hesablamalarına görə, “COVID-19” bir xəstədən iki-üç sağlam insana keçə bilər.

 

Bundan başqa, ekspress-testlərin olmaması da yoluxmanın yayılmasına səbəb olur.

 

“Təcrid və karantin virusu dayandıra bilməyəcək”, - deyə o vurğulayıb.

 

Fevralın 13-nə olan məlumata görə, koronavirusa yoluxanların sayı 50 minə çatıb. Ölənlərin sayının isə 1310 nəfər olduğu bildirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar