İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb

Oxunma sayı: 932
Cəmiyyət       14 Fevral 2020, 11:57
İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbirləri keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  Azmedia.Az-a  verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Minkə kənd sakini Səbuhi Həsənovdan "İJ-18", Aşağı Zərnava kənd sakinləri-Zinhar Allahverdiyevdən "İJ", Qədir Adıgözəlovdan "Tula", Elçin Pənahovdan "TOZ-63" , Yenikənd kənd sakinləri Bəxtiyar və Sədri Bəbirovların hərəsindən 1 ədəd "TOZ-63" markalı müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb.

 

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar