Göygöldə silahlı insident: Yaralı var

Oxunma sayı: 904
Hadisə       14 Fevral 2020, 13:04
Göygöldə silahlı insident:     Yaralı var

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Göygöl rayonunda silahlı insident olub.

 

Azmedia.az  xəbər verir ki, fevralın 13-də Göygöl rayonunun Əlmədətli kəndi ərazisində Samux rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayevin münaqişə zəminində tüfəngdən açıdığı atəşlə həmyerlisi Şaiq Əhmədova xəsarət yetirməsi barədə Göygöl rayon polis şöbəsinə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib.

 

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Musayev Samux rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “TOZ-M” markalı tüfəng ondan götürülüb.

 

Faktla bağlı Göygöl rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar