Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək

Oxunma sayı: 882
Cəmiyyət       17 Fevral 2020, 15:11
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 18-də Səudiyyə Ərəbistanına səfər edəcək.

 

Azmedia.az xəbər verir ki, səfər çərçivəsində QMİ sədri KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının 21-ci sessiyasında iştirak edəcək.

 

Üzvü olduğu 9 nəfərlik Direktorlar Şurasının sessiyasında çıxış edəcək QMİ sədri Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin (BCIC) təşkilatçılığı ilə 2020-cu ilin payızında Şərqi Avropada - Macarıstanda keçiriləcək irimiqyaslı beynəlxalq konfrans barədə Şura üzvlərini məlumatlandıracaq.

 

Dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət olan Direktorlar Şurasının sessiyasında iştirak edəcək A. Paşazadə beynəlxalq və regional əhəmiyyətli mühüm hadisələrə dair müzakirələrə qatılacaq.

 

Səudiyyə Ərəbistanına səfəri çərçivəsində QMİ sədri A. Paşazadənin krallığın rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar