Messinin lüks həyatı: 32 milyonluq maşın, təyyarə, qızıl telefon...

Oxunma sayı: 991
İdman       18 Fevral 2020, 11:26
Messinin lüks həyatı:     32 milyonluq maşın, təyyarə, qızıl telefon...

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Məşhur argentinalı futbolçu Lionel Messinin lüks həyatı son zamanlar Avropa mətbuatının gündəminə gəlib.

 

Azmedia.az  Fanat.az-a istinadən xəbər verir ki, superulduzun Barselona şəhərində məşhur Bellamar rayonunda böyük evi var. Futbolçu bu evi 2009-cu ildə 5 milyon avroya satın alıb. Evdən Garraf dağlarına və Aralıq dənizinə mənzərə açılır. Villada panoram pəncərələr, bir neçə terras var.


Bundan əlavə Leo 1957-ci il istehsalı 32 milyonluq retro avtomobil Ferrari 335 S Spider Scagliettiyə də sahibdir. 2016-cı ildə bu maşın dünyada ən bahalı maşın statusuna sahib idi. Bundan əlavə futbolçunun satın aldıqları arasında Ferrari F 4430 Spider (280 min avro), Maseratti Granturismo (210 min avro), Audi Q7 (90 min avro), Audi R8 (220 min avro), Dodge Charger SRT8 (26 min avro), Lexus LX 570 (66 min avro) də var.


Messinin Argentinada 13 milyon avroya xüsusi təyyarə kirayələdiyi də yayılan xəbərlər arasındadır.
Nəhəyət, "Barselona"nın yarımmüdafiəçisinin ümumi xərcləri 1200 avroya başa gələn iPhone XSMax telefonu aldığı deyilir. Futbolçu telefonu özəlləşdirmək məqsədilə onu 24 karatlıq qızılla örtülməsinə qərar verib. Bu prosesdən sonra telefonun qiyməti 7 min avroya çatıb. Telefonun arxasında 10 nömrə yazısı, "Barselona"nın və "Argentina" milli komandasının emblemi, bundan əlavə həyat yoldaşı və övladlarının adı yazılıb.
 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar