Bir qadının dəyəri 7 manat: Azərbaycanda qadın qul bazarı - VİDEO

Oxunma sayı: 968
Sosial       18 Fevral 2020, 11:41
Bir qadının dəyəri 7 manat:     Azərbaycanda qadın qul bazarı - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azmedia.az   Baku.Tv-yə istinadən xəbər verir ki, bazar isə elə sözün hər iki mənasında bazardı. İş axtaran kim, bir birinin işinə maneə olan kim.

 

Bazarda işləyənlərin dediklərinə görə, bura hər gün 20-30 nəfər qadın gəlir. Hətta bu rəqəmin 40-50 olan zamanları da olur.

 

Fəhlə bazarında müxtəlif yaşda olan qadınlara rast gəlmək olur. Hətta 25 yaşında gənc qızlar da bu yolla pul qazanmağı özlərinə yol seçiblər. Burada işləməklərini isə özlərinə iş tapmamaq ilə səciyyələndirirlər.

 

Bu qadınlar hətta 20 ildir ki, artıq öz çörək pulunu bu bazardan çıxardır. Bəzən günə 3 manat qazanana da olur, 5 manat qazanan da. 20-25 manat qazanc əldə edib evinə qayıdanlar da.

 

Bu tip fəhlə bazarı isə Maştağadan başqa, Nəsimi bazarının yanında da fəaliyyət göstərir. Orada da, qadınlar bu şəkildə toplanaraq gündəlik qazanc əldə etmək üçün hələ xəbərsiz olduqları görəcəkləri işi gözləyirlər.

 

Ətraflı video reportajı təqdim edirik:

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar