Dayə 3 yaşlı qızı DVD-ni aşırdığına görə bıçaqlayıb, öldürdü

Oxunma sayı: 1031
Kriminal       18 Fevral 2020, 13:29
Dayə 3 yaşlı qızı DVD-ni aşırdığına görə bıçaqlayıb, öldürdü

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dayə 3 yaşlı qızı "DVD player"i aşırdığına görə bıçaqlayıb.

 

Azmedia.Az  mirror-a istinadla xəbər verir ki, Tamara Kazantseva adlı qadın 3 yaşlı Zlata adlı qızı bıçaqlayaraq öldürüb.

 

34 yaşlı qadın hakim qarşısında ifadə verərkən cinayət törətdiyini etiraf edib. O, qızı bıçaqlayarkən sərxoş halda olduğunu boynuna alıb.

 

Dəhşətli hadisə Qazaxstanın Vesovaya vilayətində baş verib.

 

Məhkəmədə bildirilib ki, uşağın valideynləri Zlatanı ona tapşıraraq işə gediblər. Bu zaman Tamara 43 yaşlı sevgilisini evə çağırıb və birlikdə spirtli içki qəbul ediblər.

 

Yataq otağında yuxuya gedən cütlük səsə ayılıb. Qadın qonaq otağına keçdikdə qızın "DVD player"i aşırdığını görüb. O, mətbəx bıçağı ilə körpə qızı 10 yerindən bıçaqlayıb. Dayənin sevgilisi otağa girdikdə dəhşətə gəlib və polis çağırıb.

 

Məhkəmə Tamara Kazantsevanın 20 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar