Dünyanın ən yaraşıqlı kişisi cəlbediciliyindən danışdı - FOTO

Oxunma sayı: 888
Xarici       18 Fevral 2020, 15:14
Dünyanın ən yaraşıqlı kişisi cəlbediciliyindən danışdı      - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dünyanın ən yaraşıqlı kişisi kimi tanınan britaniyalı aktyor Robert Pattinson bu statusun ona verilməsindən təəccübləndiyini bildirib.

 

Azmedia.az  xəbər verir ki, bu barədə “Allure”  məlumat  yayıb. 

 

“Mən heç bir zaman yaraşıqlı insan roluna can atmamışam, çünki insanlarla ünsiyyətdə çətinliyim olub. “Harri Poter”də mənim personajım yaraşıqlı idi və bu rola seçildiyim üçün şokda idim. Sonra “Alatoran” filmində çox cəlbedici Edvard rolunda oldum”, - deyə Pattinson bildirib.

 

O, çəkilişdən əvvəl bədənini epilyasiya etdirdiyini və saçlarını boyadığını bildirib. 

 

“Alatoran” filmindən bir neçə il əvvələ qədər dostlarından heç biri mənim cəlbedici ola biləcəyimi düşünmürdü”, - deyə o, gülərək əlavə edib.

 

Qeyd edək ki, Robbert Pattinson qızıl nisbət prinsipi ilə dünyanın ən yaraşıqlı kişisi hesab olunub. Riyazi düstur əsasında 33 yaşlı aktyorun parametrlərinin “ideal”a 92 faiz yaxın olduğu müəyyən edilib.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar