Ondan ayrılmaq istəyən sevgilisini öldürüb yandırdı

Oxunma sayı: 771
Dünya       18 Fevral 2020, 15:23
Ondan ayrılmaq istəyən sevgilisini öldürüb yandırdı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Türkiyənin Afyonkarahisar vilayətində bir həftə əvvəl itkin düşən qadının meyiti tapılıb.

 

Azmedia.az  oxu.az-a istinadən  xəbər verir ki, 44 yaşlı qadın sevgilisi tərəfindən öldürülüb.

 

Belə ki, iki uşaq anası D.S. fevralın 11-də işdən çıxandan sonra itkin düşüb. Qohumlarının müraciəti əsasında polis araşdırma aparıb. Nəticədə, qadının meyiti bir həftə sonra yarısı yanmış vəziyyətdə şossenin yanındakı çuxurda tapılıb.

 

Məlum olub ki, sevgilisi A.C. ondan ayrılmaq istəyən D.S.-nı bıçaqlayaraq öldürüb. Daha sonra o, tanınmaması üçün cəsədi yandırıb.

 

Faktla bağlı araşdırma davam edir.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar