Bərdədə mikroavtobus yük maşını ilə toqquşdu

Oxunma sayı: 674
Qəza       18 Fevral 2020, 17:22
Bərdədə mikroavtobus yük maşını ilə toqquşdu

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Azmedia.az  teleqraf.com-a  istinadən xəbər verir ki, qəza Yevlax-Bəhrəmtəpə avtomobil yolunun 47 kilometrliyində, rayonun Qarağacı kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, "KamAZ" markalı yük maşını ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Nəticədə "Mercedes Vito"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, sərnişini Rövşən Qardaşxanov isə hadisə yerində ölüb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar