Şəmkirdə meşədən "F-1" qumbarası və patronlar aşkarlanıb

Oxunma sayı: 737
Hadisə       18 Fevral 2020, 17:40
Şəmkirdə meşədən "F-1" qumbarası və patronlar aşkarlanıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Şəmkirdə meşədən qumbara və patronlar aşkarlanıb.

 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən  Azmedia.az-a verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Şəmkir rayonu, Qasımlar kəndi ərazisində yerləşən meşə sahəsindən əl qumbarasının və mərminin tapılması barədə məlumat daxil olub.

 

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Şəmkir Regional Bölməsinin (113 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 8 ədəd F-1 əl qumbarası, 20 ədəd UZRQM partladıcısı və 343 ədəd müxtəlif çaplı patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Hərbi təyinatlı əşyaların ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar