Bakıda piyadaların daha çox vurulduğu yerdən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – VİDEO

Oxunma sayı: 779
Ölkə       18 Fevral 2020, 20:25
Bakıda piyadaların daha çox vurulduğu yerdən     DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Piyadaların avtomobillərlə daha çox vurulduğu Heydər Əlieyev prospekti 118 b və 132 ünvanlarında müşahidə aparılıb.

 

Söhbət hazırda yeni tikilən piyada keçidinin yaxınlığından gedir. Yeri gəlmişkən, keçid istifadəyə tam hazırdır və son tamamlanma işləri aparılır.

 

Buna baxmayaraq artıq öz həyatını və sağlamlığını düşünən insanlar həmin keçiddən istifadə edə bilirlər. Keçiddə normal şərait yaradılıb, pandus quraşdırılıb (uşaq və əlil arabası ilə hərəkət də mümkündür) və işıqlandırma təmin edilib.

 

Azmedia.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov və “avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı həmin ərazidə olublar.

 

Onlar burada piyadavurma hadisələrinin təhlilini aparıblar. Məlum olub ki, yaxınlıqda yaşayan və ya işləyən bəzi vətəndaşlar yolu təhlükəli şəkildə keçməyə çalışırlar.

 

Bu zaman onların avtomobillə vurulması halları baş verir.

 

Təqdim olunan videolardan görünür ki, piyadalar olduqca təhlükəli hərəkət edirlər və avtomobillərin qarşısına qəflətən çıxırlar. Hətta piyadaların sürücüləri çaşdırması nəticəsində də yol nəqliyyat hadisələri baş verir.

 

Təəssüf ki, yeniyetmə və gənclərin bu hərəkəti acınacaqlı mənzərəyə səbəb olur. DYP-nin bölmə rəisi Vaqif Əsədov piyadalara müraciət edərək özlərini və digərlərini düşünməyi, həyatlarını təhlükəyə atmamağı tövsiyə edib.

 

Hadisələrin başvermə səbəbinə diqqət çəkən polkovnik bildirib ki, hadisələr əsasən sürətli zolaqda baş verir və bu zaman nəqliyyat vasitələrinin sürücüləri hadisənin qarşısını heç cür ala bilmirlər.

 

Çünki piyadalar təhlükəli şəkildə qaçaraq yolun hərəkət hissəsinə daxil olurlar ki, bu zaman sürücü nə qədər çalışsa da sürəti azalda və piyadanı vurmaqdan yayına bilmir.

 

Yol polisi sürücülərə tövsiyə edir ki, Heydər Əliyev prospektinin həmin hissəsində diqqətli olsunlar. Çünki qəflətən yola piyadalar çıxa bilər.

 

Hansı ki, piyadalar üçün həmin ərazidə keçid tikilib və yaxın günlərdə tam istifadəyə veriləcək.

 

Ekspert Elməddin Muradlı isə bildirib ki, piyadaların bu cür xaotik hərəkəti sürücüləri çaşdırır və qəzalar da bu səbəbdən baş verir.

 

Hətta hadisələrin birində sürücü yolun ortasında təhlükə yaradan piyadaya irad tutur. Amma buna əhəmiyyət verməyən həmin piyada bir neçə saniyə sonra digər sürücü tərəfindən avtomobillə vurularaq öldürülür.

 

Digər mənzərə isə insanların avtomobilə əhəmiyyət vermədiyini göstərir, onlar təhlükəni hiss etmir və avtomobilin nə dərəcədə təhlükəli olduğunu dərk etmədən yola çıxırlar ki, bu da onların vurulması ilə nəticələnir.

 

Hadisə yerində təhlillər apardıqdan sonra Vaqif Əsədov və Elməddin Muradlı yeni tikilən piyada keçidindən istifadə edərək əks tərəfə keçiblər.

 

Bu zaman cəmi 50 saniyə vaxt itkisi etdiklərini müşahidə ediblər. Odur ki, siz də o ərazidə keçiddən istifadə etməyə üstünlük verin.

 

Çünki 50 saniyə kiminsə həyatını puç etməkdən daha önəmli deyil.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar