Bakıda məskunalaşan 30 məcburi köçkün ailəsi Füzuliyə yerləşdiriləcək

Oxunma sayı: 610
Cəmiyyət       26 Fevral 2020, 11:03
Bakıda məskunalaşan 30 məcburi köçkün ailəsi Füzuliyə yerləşdiriləcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Abşeron ərazisində "Stansiya Sumqayıt" adlanan yerdə məcburi köçkünlər üçün yaşayış binalarının tikintisi davam edir.

 

Azmedia.Az   trend-ə istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, işlərin ilin sonunacan yekunlaşdırılacağı gözlənilir:

 

"Cənab Prezident 7000-dən çox ailə üçün nəzərdə tutulmuş qəsəbənin salınması göstərişi verib. Hazırda tikinti davam edir. Biz də maraqlıyıq ki, mənzillərin tikintisini vaxtında və keyfiyyətli tamamlayaraq istifadəyə verək".

 

Sədrin sözlərinə görə, işlərin hamısı mərhələli şəkildə olacaq:

 

"Məqsədimiz ilk növbədə ən ağır şəraitdə olan ailələrin köçürülməsinə nail olmaqdır. Bunlar hamısı mərhələli şəkildə olacaq".

 

Rövşən Rzayev əlavə edib ki, Samuxda da yeni qəsəbənin salınması gözlənilir:

 

"Bir binamız Ağdamda 50 mənzildən ibarət olacaq. 45 ailəlik bina Lənkəranda, 30 fərdi evə isə Füzulinin işğaldan azad olunmuş ərazisində tikilir. Bu binaları tamamlayandan sonra Bakıda məskunlaşan 30 ailəni Füzuliyə, öz doğma kəndlərinə köçürəcəyik".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar