Gəncədə dəhşətli hadisə: Ər arvadının boğazını kəsdi

Oxunma sayı: 863
Kriminal       26 Fevral 2020, 12:19
Gəncədə dəhşətli hadisə:     Ər arvadının boğazını kəsdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Gəncə şəhərində keçmiş həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1965-ci il təvəllüdlü Məhərrəm Siratinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Azmedia.az  teleqraf.com-a  istinadən  xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi araşdırılması üçün hakim Məhəmməd Bağırovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası martın 10-na təyin olunub.

 

İttihama görə, 2019-cu il oktyabrın 18-də Məhərrəm Sirati keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Natavan Mustafayeva ilə mübahisə edib.

 

Mübahisə zaman Məhərrəm Sirati keçmiş həyat yoldaşının bədənini müxtəlif nahiyələrinə, həmçinin boyun və boğaz nahiyələrinə çoxsaylı xəsarətlər yertirib.

 

Polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Məhərrəm Sirati həbs olunub.

 

Qeyd edək ki, Natavan Mustafayeva Məhərrəm Siratinin ikinci həyat yoldaşı olub. Tərəflər hadisədən bir müddət öncə boşanıblar.

 

Məhərrəm Sirati "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Gəncə şəhər Lokomotiv Deposunun maşinisti olub.

 

İstintaq orqanı tərəfindən Məhərrəm Siratinin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar