Azərbaycanda “qaydasız” sürücülər - VİDEO

Oxunma sayı: 808
Cəmiyyət       26 Fevral 2020, 14:02
Azərbaycanda “qaydasız” sürücülər     - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Sosial şəbəkələrdə Azərbaycanda çəkilən və bəzi sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasını əks etdirən görüntülər yayılıb. 

 

Azmedia.az  oxu.az-a  istinadən  xəbər verir ki, videolar müxtəlif yerlərdə, ayrı-ayrı vaxtlarda çəkilib. 

 

Təqdim etdiyimiz videonun birinci hissəsi dünən axşam saatlarında çəkilib. Bütün avtomobillərin tıxacda dayandığı vaxt “Opel” markalı avtomobil 1.3 üfüqi nişanlama xəttinin tələblərini pozaraq, qarşı yola çıxıb. Bu zaman qarşıdan gələn avtomobillərin həmin maşının sürücüsünə etiraz əlaməti olaraq siqnaldan istifadə etməsi görünür. 

 

Videonun ikinci hissəsi Bakıda çəkilib. Görüntülərdə tıxac olan yolda əvvəlcə PPX və YPX avtomobilinin sayrışan işıqlardan istifadə edərək, əks yola çıxdığı, daha sonra isə onların ardınca ondan çox maşının da tıxacı bu yolla keçmək istəməsi əks olunub. Bəzi sürücülər isə tıxac vaxtı qoşa xəttin tələblərini pozaraq geri dönmə əməliyyatını həyata keçirib. 

 

Üçüncü hissədə olan görüntülər Samux rayonunda çəkilib. Rayonun Alıuşağı kəndi ərazisində hərəkətdə olan “VAZ 2115” markalı, 51-BH-105 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qarşıdan gələn maşını nəzərə almayaraq, ötmə əməliyyatını yerinə yetirib. Bu zaman qarşıdan gələn avtomobilin sürücüsü qəzadan yayınmaq üçün maşını yoldan kənara çıxarmağa məcbur olub.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar