Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan satıcılar cərimələnib

Oxunma sayı: 783
Cəmiyyət       26 Fevral 2020, 15:29
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan satıcılar cərimələnib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Səbail rayonu ərazisindəki 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

 

Daxili İşlər Nazirliyindən  Azmedia.az-a  verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Səbail RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

 

Həmin mağazaların satıcıları – D.Əhmədov və Ş.Şəfiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar