Məktəb şagirdi riyaziyyat müəllimini bıçaqladı

Oxunma sayı: 885
Dünya       26 Fevral 2020, 16:20
Məktəb şagirdi riyaziyyat müəllimini bıçaqladı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Rusiyanın Ulyanovsk vilayətində şagird müəllimini bıçaqlayıb.

 

Azmedia.az  oxu.az-a istinadən xəbər verir ki, , bu gün səhər saatlarında vilayət məktəblərinin birində 15 yaşlı şagird 59 yaşlı riyaziyyat müəlliminə mətbəx bıçağı ilə xəsarət yetirib.

 

Şagirdin müəllimi ona aşağı qiymət yazdığı üçün bıçaqladığı təxmin edilir.

 

Vilayət qubernatoru Serqey Morozov “Facebook” səhifəsində hadisəyə münasibət bildirib:

 

“Təhsil Nazirliyi və Ulyanovsk şəhər administrasiyası bu məsələ ilə məşğul olacaq və bizə məlumat verəcəklər. Biz uşağın nə üçün belə addım atdığını öyrənməliyik. Bu məsələ nəzarətimdədir”.

 

Qeyd edək ki, faktla bağlı “adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.

 

Hadisə yerində əməliyyat-axtarış qrupu çalışır. Hadisənin təfərrüatları araşdırılır.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar