Koronavirusla doğulan körpə dərmansız sağaldı - VİDEO

Oxunma sayı: 984
Dünya       26 Fevral 2020, 16:41
Koronavirusla doğulan körpə dərmansız sağaldı    - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Çinin Uhan şəhərində koronavirusa yoluxan 17 günlük uşaq dərmansız sağalıb.

 

Azmedia.az  oxu.az-a  istinadən xəbər verir ki, Syao-Syao adlı qız dünyaya gələrkən valideynindən biri ölümcül koronavirusa (COVID-19) yoluxmuşdu. Uşaqda respirator infeksiyasından əlavə, ürək problemi də olub.

 

Simptomlar ağır olmadığından həkimlər ona dərman verməmək qərarına gələrək, ürəyini müalicə ediblər.

 

17-ci günündə Syao-Syaonun analizlərinin cavabı neqativ çıxıb. Həkimlər körpənin sağlam olduğunu bildiriblər.

 

Ümumilikdə, dünyada 80,3 min insan koronavirusa yoluxub. Onlardan 2,7 mini ölüb, 27,8 mini isə sağalıb. Çindən başqa dünyanın 30 ölkəsində “COVID-19”a yoluxma halı qeydə alınıb.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar